Elm və Təhsil Nazirliyi Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu şirkətdən 2 milyon manatlıq noutbuk alacaq.
Bu barədə Gundelik.az nazirlikdən məlumat əldə edib.
Belə ki, qurum noutbukların alınmasına görə Bestcomp Group Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 2 milyon 139 min 705 manat olaraq müəyyən olunub.
