ABŞ Federal Ehtiyat Sistemi (FED) 2026-cı ildə də faiz dərəcələrini azaltmağa davam edəcək.
Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı ekspertlər ölkənin əmək bazarındakı davam edən çətinliklər və hökumətin bağlanmasının yaratdığı iqtisadi risklərə əsaslanaraq proqnoz verirlər.
Rabobank-ın baş strateqi Philip Marey bildirib ki, gözləniləndən aşağı olan inflyasiya məlumatları FED-in oktyabr iclasında 25 baza bəndi endirim etməsini dəstəkləyir. Marey həmçinin dekabr ayında da əlavə 25 baza bəndi faiz endiriminin mümkün olduğunu, lakin inflyasiya və məşğulluq göstəricilərində sürpriz artım olarsa, bu addımın atlanıla biləcəyini qeyd edib.
ING Beynəlxalq Baş İqtisadçısı Ceyms Knightley də FED-in oktyabr toplantısında faiz dərəcələrini 25 baza bəndi azaltmasının gözlənildiyini vurğulayıb. Knightley bildirib ki, inflyasiya hədəfdən yuxarı qalır və tariflər müəyyən risk yaradır, lakin qiymət artımlarının gözlənildiyi qədər aqressiv olmadığı müşahidə olunur.
Ekspertlərin proqnozuna görə, 2026-cı ildə FED əmək bazarının zəifliyini nəzərə alaraq faiz endirimlərini davam etdirəcək və ilin sonunda faiz dərəcələrini sıfıra yaxın səviyyəyə endirməsi mümkündür.
Gundelik.az

