İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Dünyanın diqqəti bu vacid məqamdadır: İranın Hörmüz limanı ilə bağlı yeni addımı

Xəbərlərdə bildirildi ki, Parlamentin Mülki Məsələlər Komitəsinin sədri qanun layihəsinin hazırlandığını və tezliklə qanunverici orqanın hüquq qrupu tərəfindən yekunlaşdırılacağını bildirib. Rəsmi şəxs bildirib ki, plana əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün rüsum tolanmalıdır.

Rəsmi şəxs bu vəziyyətin tamailə təbii olduğunu, gömrük rüsumlarının malların bir ölkədən keçdiyi zaman, digər dəhlizlərdə olduğu kimi ödənildiyini və Hörmüz boğazının da bir dəhliz olduğunu bildirdi. Rəsmi şəxs əlavə etdi ki, onlar boğazın təhlükəsizliyini təmin edirlər, gəmilərin və tankerlərin gömrük rüsumlarının ödənməsi normaldır.

İran əvvəllər davam edən münaqişəyə son vermək üçün beş şərtdən biri kimi Hörmüz boğazı üzərində suverenliyinin beynəlxalq səviyyədə tanınmasını tələb etmişdir.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az