Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri alacaq.
Gundelik.az-ın məlumatına görə, İKZF artıq bununla bağlı müvafiq işlərə start verib.
Məlumata görə, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcək.
Alınacaq yaşayış sahələri 100 min kvadrat metr (m²) həcmində olacaq.
Bunun müqabilində İKZF 213 666 666 manat vəsaitin sərf ediləcəyini proqnozlaşdırıb.
Gundelik.az
