Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Dövlət Ehtiyatları Agentliyi 295 min manatlıq avtomobillər alır
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

Dövlət Ehtiyatları Agentliyi 295 min manatlıq avtomobillər alır

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yeni xidməti avtomobillər sifariş edib.

Gundelik.az bu barədə dövlət agentliyindən məlumat əldə edib.

Məlumata əsasən, 8 ədəd Sedan tipli minik avtomobilinin alınması nəzərdə tutulub.

Sözügedən nəqliyyat vasitələrinin 2024-cü il istehsallı olması, beş ədədinin rənginin qara, üçünün isə ağ olması əsas şərtlərdəndir.

Eyni zamanda nəqliyyat vasitələrinin minimum 3 il və ya 100.000,00 km yürüşü olması (istehsal xətası ola bilən bütün hissələr üzrə), ilkin yardım çantası, qəza dayanma nişanı, ehtiyat təkər, ayaqaltılar, qaldırıcı (domkrat), hava nasosu ilə təchiz edilməsi də əsas şərt kimi irəli sürülüb.

Artıq agentlik avtomobilləri çatdıracaq şirkəti də müəyyənləşdirib.

Belə ki, Dövlət Ehtiyatları Agentliyinə sözügedən avtomobilləri “Roadster” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək və bunun müqabilində 295 min manat alacaq.

Gundelik.az

Exit mobile version