İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin binasının icarə haqqı artıb

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Rəqəmsal İnnovasiyalar Mərkəzinin yerləşdiyi inzibati binanın aylıq icarə haqqı açıqlanıb.

Gundelik.az bu barədə Agentlikdən məlumat əldə edib.

Belə ki, agentlik inzibati binanın icarəsi ilə bağlı Validə Rəhim Qızı ilə Vəliyeva ilə müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 5 milyon 241 min 600 manat olaraq müəyyənləşib.

Bu məbləğ 7.800 m(2) sahəyə malik binanın 28 aylıq icarə haqqını əhatə edir.

Başqa sözlə, binanın aylıq icarə haqqı 187 200 manat müəyyənləşib.

Xatırladaq ki, eyni binanın bundan əvvəlki icarə haqqı 179 400 manat olub. Bu isə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin binasının aylıq icarə haqqının 7800 manat artdığı deməkdir.