ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan iki həftəlik atəşkəs razılaşmasını Amerika Birləşmiş Ştatları üçün böyük uğur kimi qiymətləndirdi. AFP xəbər agentliyinə verdiyi müsahibədə o, bu razılaşmanı “tam və mükəmməl qələbə” adlandırdı.
“100 faiz qələbə”
Razılaşmanın elanından sonra keçirdiyi telefon danışığında Tramp əldə olunan uğurun qəti olduğunu vurğuladı.
“Bu, tam və mükəmməl qələbədir. 100 faiz. Heç bir şübhə yoxdur,” – deyə ABŞ Prezidenti bildirdi və hərbi hədəflərin artıqlaması ilə yerinə yetirildiyini qeyd etdi.
Tramp əlavə edib ki, bu prosesdən sonra Yaxın Şərqdə uzunmüddətli sülhün qurulması üçün vacib mərhələyə keçilib.
Uran ehtiyatları nəzarət altındadır
Atəşkəsin ən mühüm maddələrindən biri olan nüvə məsələsinə də toxunan Tramp bildirib ki, İranın uran ehtiyatları razılaşma çərçivəsində “qüsursuz şəkildə nəzarət altına alınacaq”.
O, bu şərtin onun üçün vazkeçilməz olduğunu vurğulayaraq, əks halda heç bir razılaşmaya getməyəcəyini deyib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

