ABŞ Prezidenti Donald Trump bildirib ki, Çin Prezidenti Xi Jinping onu “uğurlarına görə” təbrik edib və əlavə edib:
“Ümid edirəm ki, Çinlə münasibətlərimiz indiyə qədər olduğundan daha güclü və daha yaxşı olacaq.”
Pekin səfərini davam etdirən Trump sosial media hesabında paylaşım edərək keçmiş ABŞ Prezidenti Joe Biden-i sərt tənqid edib.
Trump iddia edib ki, Xi Jinping ABŞ-ni “geriləyən ölkə” adlandırarkən Bayden dövrünü nəzərdə tuturdu. O bildirib ki, Çin lideri onu əldə etdiyi uğurlara görə təbrik edib.
Trump hesab edir ki, Xi Jinping Bayden dövrü barədə haqlı idi. Onun sözlərinə görə, həmin illərdə ABŞ iqtisadiyyatı, siyasəti və cəmiyyətində zəifləmə yaşanıb. Trump isə öz prezidentliyi dövründə bütün bu sahələrdə böyük inkişaf əldə etdiklərini deyib.
ABŞ Prezidenti həmçinin iddia edib ki, onun hakimiyyəti dövründə Venesuela və İranda hərbi uğurlar qazanılıb. O əlavə edib ki, ABŞ İranı hərbi baxımdan “məhv etməyə” davam edəcək.
Trump sonda bildirib:
“Artıq ABŞ dünyanın ən cəlbedici ölkəsidir və ümid edirəm ki, Çinlə münasibətlərimiz tarixdə heç vaxt olmadığı qədər güclü və yaxşı olacaq.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
