Beynəlxalq iqtisadi və maliyyə məlumatları təqdim edən analitik “Trading Economics” platforması ABŞ dollarının manata qarşı məzənnəsinin gələn il 1,69-a qədər enəcəyini proqnozlaşdırır.
Bu barədə Gundelik.az “Trading Economics”ə istinadən xəbəbr verir.
Belə ki, “Trading Economics” yaxın rüblərdə Azərbaycan manatının sabitliyini qoruyacağını gözləyir. Nəşr olunan proqnoza əsasən, milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsi 2025-ci ilin dördüncü rübündə 1,70 manat olacağı, 2026-cı ilin ilk üç rübü ərzində isə 1,69 manata enəcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edir.
Gundelik.az
