Gundelik.az Müsahibə Deputat Azər Badamov: “Forum ölkəmizin siyasi təsir imkanlarını genişləndirəcək”
Müsahibə Xəbərlər

Deputat Azər Badamov: “Forum ölkəmizin siyasi təsir imkanlarını genişləndirəcək”

Azərbaycanın ev sahibliyi edəcəyi WUF-13 – Ümumdünya Şəhərsalma Forumu ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyan qlobal platformalardan biri kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirəcək forum yalnız urbanizasiya və şəhərsalma məsələlərinin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda yeni siyasi, iqtisadi və diplomatik əlaqələrin qurulması üçün geniş imkanlar yaradır. Azərbaycanın beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi formalaşan imici, regionda yaratdığı yeni geosiyasi reallıqlar və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən müasir inkişaf konsepsiyaları forumun əhəmiyyətini daha da artırır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov Gundelik.az xəbər portalına müsahibəsində WUF-13 forumunun Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemində mövqeyinin güclənməsinə verəcəyi töhfələrdən, regionda siyasi dialoq və əməkdaşlığın inkişafındakı rolundan, eləcə də ölkəmizin beynəlxalq arenada strateji tərəfdaşlıqlarının genişlənməsi baxımından yaradacağı yeni imkanlardan danışıb.

WUF-13 beynəlxalq tədbirinin Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemində mövqeyinin güclənməsinə hansı töhfələri verəcəyini düşünürsünüz?

Exit mobile version