Gundelik.az Dünya Danimarka Ukraynaya 10 milyon avro ayırdı
Dünya Siyasət Xəbərlər

Danimarka Ukraynaya 10 milyon avro ayırdı

Danimarka Ukrayna Enerji Dəstək Fonduna əlavə 10,66 milyon avro ayırıb.

Gundelik.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Bu son investisiya ilə Danimarkanın fonda ümumi dəstəyi 78,5 milyon avroya çatıb.

Nazirlik bildirib ki, bu vəsait Ukrayna enerji şirkətlərinə vacib avadanlıqların alınmasına, zədələnmiş infrastrukturun bərpasına və növbəti istilik mövsümündən əvvəl enerji sisteminin sabitliyinin gücləndirilməsinə kömək edəcək.

“Ukraynanın enerji sektorunun ehtiyacları çox böyük olduğundan, beynəlxalq tərəfdaşlarımızın dəstəyinin davam edəcəyinə ümid edirik”, – bəyanatda deyilir.

Exit mobile version