Gundelik.az Ölkə Daha 746 keçmiş məcburi köçkün ailəsi dədə-baba yurduna qovuşacaq (ÖZƏL)
Ölkə Xəbərlər

Daha 746 keçmiş məcburi köçkün ailəsi dədə-baba yurduna qovuşacaq (ÖZƏL)

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq işləri uğurla davam etidirilməkdədir. Bu işlər çərçivəsində keçmiş məcburi köçkünlərin də hissə-hissə doğma yurdlarına qayıdışı təmin edilir.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu ilin sonunadək daha 746 məcburi köçkün ailəsinin dədə-baba yurdlarına qayıdışı baş tutacaq.

Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Xocavənd rayonu Xocavənd kəndi, Xocalı rayonu Seyidbəyli, Şuşakənd, Badara, Xanabad, Xanyurdu, Təzəbinə kəndlərinə, Ağdərə rayonu Həsənriz kəndinə 746 məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı müvafiq işləri yekunlaşdırım.

Dövlət Komitəsi sözügdən işləri “Pelican Service” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 709 191 manat ödənilib.

Gundelik.az

Exit mobile version