İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Dağıstanda bir qrup şəxs polis bölməsini partlatmaq istədi

Mahaçqala Sovet Rayon Məhkəməsi Buynaksk rayonunda polis məntəqəsini partlatmağa cəhddə şübhəli bilinən 4 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

Gundelik.az xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

“Bir qrup şəxs Buynaksk vilayətində polis bölməsini partlatmaq üçün sui-qəsd təşkil edib. Şübhəlilərdən biri partlayıcı qurğu hazırlamaq üçün komponentlər əldə edib və saxlayıb. Təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarını öldürməyə cəhddə və qanunsuz olaraq partlayıcı qurğular hazırlamaqda şübhəli bilinirlər. Onlar 2025-ci il noyabrın 25-dək həbs olunurlar”, – məlumatda qeyd olunub.

Gundelik.az