Dünyanın ən böyük valyuta ehtiyatlarına malik olan Çinin valyuta ehtiyatları yanvar ayında 41,2 milyard dollar və ya 1,2% artaraq 3,399 trilyon dollara çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə Çin Xalq Bankının məlumatında deyilir.
Beləliklə, Çinin valyuta ehtiyatları ardıcıl yeddinci aydır ki, artır.
Məlumata görə, yuan ötən ay ABŞ dollarına qarşı 0,45% bahalaşıb. Bu arada, ABŞ dolları əsas valyutalar səbətinə qarşı 1,15% zəifləyib.
