Çin hökuməti tətbiq etdiyi sanksiyalara cavab olaraq altı ABŞ təşkilatına məhdudiyyətlər tətbiq edib.
Gundelik.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi bildirib.
Bu qərar Milli Sanksiyalar Koordinasiya Mexanizminin təsdiqi ilə qəbul edilib.
“Amerika Birləşmiş Ştatları bu yaxınlarda Çin şirkətlərinə qarşı beynəlxalq hüququn və beynəlxalq münasibətlərin fundamental normalarının kobud şəkildə pozulmasını təşkil edən sanksiyalar tətbiq edib. Bu, həmçinin ölkəmizin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına ciddi şəkildə ziddir”, – bəyanatda deyilir.

