Gundelik.az Xəbərlər İqtisadiyyat Çin ABŞ-ni ticarət mübahisələrinin dialoq yolu ilə həllinə çağırıb
Dünya İqtisadiyyat Xəbərlər

Çin ABŞ-ni ticarət mübahisələrinin dialoq yolu ilə həllinə çağırıb

Pekin ABŞ-nin Çinə qarşı tətbiq etdiyi yeni tarif və məhdudlaşdırıcı tədbirlərə etiraz edib və tərəfləri dialoqa dəvət edib.

Gundelik.az xəbər verir ki, bu barədə bazar ertəsi “Global Times” nəşri məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bəyan edib ki, son aylarda Vaşinqton Çinin maraqlarını ciddi şəkildə pozan bir sıra sanksiya və məhdudiyyətlər tətbiq edir. “Çin bu addımlara qəti şəkildə qarşı çıxır”, – deyə o bildirib.

Lin Jian ABŞ-ni problemləri “dialoq və qarşılıqlı hörmət prinsipləri əsasında” həll etməyə və Çin–ABŞ münasibətlərinin sabit inkişafına şərait yaratmağa çağırıb.

Nazirlik rəsmisi xəbərdarlıq edib ki, əgər ABŞ məhdudlaşdırıcı tədbirləri davam etdirərsə, Çin öz “qanuni hüquq və maraqlarını qorumaq üçün qəti və zəruri əks tədbirlər” görəcək.

Lin Jian ABŞ-nin noyabrın 1-dən etibarən Çindən idxal olunan məhsullara 100 faiz gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı Donald Trampın açıqlamasına da münasibət bildirib. Tramp bu qərarı Çinin “demək olar ki, bütün məhsullara ixrac nəzarətini gücləndirəcəyi” barədə bəyanatı ilə əsaslandırıb.

Çin Ticarət Nazirliyi Vaşinqtonu əldə olunmuş razılaşmalara riayət etməyə çağıraraq, yeni tariflərin tətbiqi ilə bağlı təhdidləri “səhv addım” adlandırıb.

Gundelik.az 

Exit mobile version