Gundelik.az Mədəniyyət və cəmiyyət Bu şəxslərə MİDA-nın binalarından mənzillər veriləcək
Mədəniyyət və cəmiyyət Xəbərlər

Bu şəxslərə MİDA-nın binalarından mənzillər veriləcək

Əlilliyi müəyyən olunmuş daha bir qrup şəxsə və şəhid ailələsinə Bakı şəhərində yeni mənzillər veriləcək.

Bu barədə Gundelik.az Sosial Xidmətlər Agentliyindən məlumat əldə edib.

Belə ki, bu kateqoriyadan olan şəxslərə Bakı şəhərində 36 ədəd ikiotaqlı mənzilin verilməsi nəzərdə tutulub.

Mənzillərin satınalınması ilə bağlı qurum “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 1 765 620 manat olaraq müəyyənləşib.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.

Exit mobile version