Gundelik.az Ölkə Bu rayon sakinləri üçün yeni evlər tikiləcək
Ölkə Xəbərlər

Bu rayon sakinləri üçün yeni evlər tikiləcək

Quba, Siyəzən, Qax və Hacıqabul rayonlarında ümumilikdə 10 fərdi yaşayış evinin tikintisi həyata keçiriləcək.

Gundelik.az-ın əladə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti bu işlərlə bağlı “Azsur Group” MMC və “Baku Building” MMC ilə müqavilələr imzalayıb.

Quba rayonunun Afurca kəndində və Siyəzən rayonunun Sədan kəndində bir ədəd fərdi yaşayış evinin tikintisi üçün “Azsur Group” MMC ilə imzalanan müqavilənin dəyəri 203 801,44 manat təşkil edir.

Bundan əlavə, Qax rayonunda bir fərdi yaşayış evinin tikintisi, Şəki şəhərində isə bir fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisi həmin şirkətə həvalə olunub. Bu işlərin ümumi dəyəri 157 419,54 manatdır.

Hacıqabul rayonunda yeddi fərdi yaşayış evinin tikintisi isə “Baku Building” MMC tərəfindən həyata keçiriləcək. Bunun üçün şirkətlə 464 920,80 manat dəyərində müqavilə bağlanıb.

Beləliklə, qeyd olunan işlər üzrə müqavilələrin ümumi dəyəri 826 141,78 manat təşkil edir.

Exit mobile version