Gundelik.az Ölkə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Ölkə Xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.

Gundelik.az ADY-yə istinadən xəbər verir ki, əlavə reyslər 10 və 11 oktyabr tarixlərində həyata keçiriləcək.

Eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.

Exit mobile version