İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Bu ölkə 2030-cu ilədək Asiyada neft və qaz kəmərlərinin uzunluğuna görə lider olacaq

Asiyada enerji resurslarına artan tələbat və sənayeləşmə prosesləri boru kəməri infrastrukturunun genişlənməsinə təkan verir.

Gundelik.az-ın “Global Data Energy”nin araşdırmasına istinadən yaydığı məlumata görə, Hindistan 2030-cu ilə qədər neft və qaz kəmərlərinin uzunluğunun artırılması üzrə regionda lider mövqeyə çıxacaq.

Məlumata əsasən, 2030-cu ilə qədər Asiya qlobal neft və qaz kəmərlərinin ümumi uzunluğundakı artımın təxminən 35 faizini təmin edəcək. Bu artıma əsas səbəblər iqtisadi inkişaf, enerjiyə tələbatın yüksəlməsi və Hindistan, Çin, İndoneziya kimi ölkələrdə davam edən sənayeləşmədir.

Araşdırmada qeyd olunur ki, Hindistan region üzrə ümumi artımın 40 faizindən çoxunu təşkil edəcək. Ölkədə nəzərdə tutulan kəmərlərin 85 faizi artıq lazımi icazələri alıb. Onların sırasında 2800 kilometr uzunluğunda NGL (yüngül karbohidrogenlərin böyük hissəsi) boru kəməri də var. Layihənin tikintisi davam edir və bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Çin isə 36 faiz göstərici ilə ikinci ən iri boru kəməri şəbəkəsinə sahib olacaq. İndoneziyada isə 2030-cu ilədək 5899 kilometr əlavə kəmərin istifadəyə verilməsi gözlənilir.

Gundelik.az