Cari il ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb.
Gundelik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sözügedən yanğınlar nəticəsində 6 nəfər həyatını itirib.
“40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”,- qurumdan əlavə edilib.

