Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin sülh yolu ilə həlli üçün güzəştə getməyə hazırdır.
Gundelik.az “Financial Times”a istinadən xəbər verir ki, Zelenski Donbasdan qoşunların çıxarılmaması şərtilə hazırkı cəbhə xətti boyunca razılaşmaya gedə bilər.
Məlumatda bildirilir ki, Ukrayna liderinin ABŞ Prezidenti Donald Trampla görüşdə əsas məqsədi ölkəsini “mümkün olmayan addımlar” atmağa məcbur etmədən sülh prosesini müzakirə etməkdir. Zelenskinin “hazm edilə bilən kompromis” əsasında hazırkı mövqelərdə atəşkəsə razılıq verməsi ehtimal edilir.
Bundan əvvəl “The New York Times” yazmışdı ki, Tramp Zelenskiyə Donbasın qalan hissəsini, hətta Rusiya qoşunlarının işğalı altında olmayan əraziləri belə Moskvanın nəzarətinə verməyi təklif edib. Əvəzində isə həm Ukrayna, həm də Avropa üçün təhlükəsizlik təminatlarının və cəbhə xəttində atəşkəsin təmin edilə biləcəyi qeyd olunub.
Qeyd edək ki, Zelenski daha əvvəl Trampın Krım məsələsi ilə bağlı mövqeyinə cavab vermişdi.
Gundelik.az

