Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasının təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayıracağını açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında dərc olunan bəyanatda deyilir.
Qeyd olunur ki, bu dəstək strukturun izolyasiya və ventilyasiya funksiyalarını bərpa edəcək və xidmət müddətini uzadacaq əsaslı təmirin maliyyələşdirilməsinə imkan verəcək.
Bildirilib ki, təmir olunmasa, korroziya uzun illər davam edən beynəlxalq investisiyaları sarsıda, ətraf mühit və təhlükəsizlik üçün uzunmüddətli risklər yarada bilər.

