Oktyabr 2, 2026
Baku
Ölkə Xəbərlər

Bir sıra rayonlarda su təchizatı sistemlərinin yaxşılaşdırılması ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq

Azərbaycanın bir sıra rayonlarında yaşayış məntəqələrinin su təchizatı sistemlərinin yaxşılaşdırılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Gundelik.az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti bununla bağlı müvafiq işlərə başlayıb.

Layihə çərçivəsində Qusar rayonunun Yeni Həyat kəndi, Samur qəsəbəsi və Çiləgir kəndinin, Şəmkir rayonunun Kür və Dəllər qəsəbələrinin, eləcə də Füzuli rayonunun Kərimbəyli kəndinin su təchizatı sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bununla əlaqədar qeyd olunan yaşayış məntəqələrinin su təchizatı sistemlərinin yaxşılaşdırılması üzrə layihə-smeta sənədlərinin hazırlanması həyata keçiriləcək.

Layihə-smeta sənədlərinin hazırlanması üzrə işlərin ümumi dəyəri 134 520 manat təşkil edir.