İyul 8, 2026
Baku
Xəbərlər

Beynəlxalq Forumda

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 18-də Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək.
Komitə sədri səfər zamanı Avro-Aralıq Dənizi və Körfəz regionları üzrə Aralıq Dənizi Parlament Assambleyasının Mərakeş İqtisadi Parlament Forumunda iştirak edəcək.
Tədbirdə region ölkələri arasında iqtisadi inteqrasiya, süni intellektə investisiya qoyuluşunun təşviqi, Avropa-Aralıq dənizi və Körfəz süni intellekt mərkəzinin yaradılması, mavi iqtisadiyyat vasitəsilə məşğulluğun stimullaşdırılması, KOB-lar və startaplar innovasiya və gənclərin məşğulluğunun hərəkətverici qüvvəsi kimi, iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirlərinin həlli məsələləri müzakirə olunacaq. Səfər iyunun 22-də başa çatacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az