“Svire Pasifik Ofşore (Kəspian)” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Qeyd edilib ki, keditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, mənzil 11 ünvanına bildirə bilərlər.
Sözügedən şirkət 2007-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min ABŞ dolları olan MMC-nin qanuni təmsilçisi Şaron Anq Hey Sin adlı şəxsdir.
Qeyd edək ki, “Svire Pasifik Ofşore (Kəspian)” MMC Azərbaycan sektorunda dəniz və subsea layihələrə peşəkar yanaşan və ROV, IMR, tikinti, xilasetmə və survey xidmətləri təklif edən qlobal şirkət qrupunun tərkib hissəsidir. Özünün güclü texniki bazası və dünya üzrə layihə təcrübəsinə əsaslanaraq, o, SOCAR və digər neft-qaz qurumları üçün aktiv olaraq fəaliyyət göstərirdi. Ortaq sahibi olaraq “Swire Seabed AS”in bir parçası olan şirkət, 2012-ci ildə “Swire Pacific Offshore”a qoşulub.
Gundelik.az

