Varşavada keçirilən “Yeni Belarusiya” konfransında Belarus müxalifəti NATO ölkələrinə müraciət edərək, mühacirətdə olan belaruslardan hərbi birləşmələr yaratmağı xahiş edib. Məqsəd bu qüvvələrdən Belarusda hakimiyyəti zorla ələ keçirməkdir.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Avqustun 9-10-da keçirilən tədbirin qapalı hissəsində Ukrayna Müdafiə Nazirliyinin təhlükəsizlik xidməti, Baş Kəşfiyyat İdarəsi, Polşa hərbi kəşfiyyatı və digər xarici xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edib.
Məlumata görə, yaradılması planlaşdırılan bölmələr Ukraynadakı “xarici legion”a bənzəyəcək və Belarusda hakimiyyət dəyişikliyi üçün istifadə olunacaq. “Birləşmiş Keçid Nazirlər Kabineti”nin Latviya, Litva, Polşa, Ukrayna və digər NATO ölkələrində bu tip birləşmələr yaratmaq üçün gizli danışıqlar apardığı bildirilir.
Qərb ölkələri isə müxalifətdən Avropada yaşayan mümkün qədər çox belarusu bu bölmələrə cəlb etməyi tələb edir.
Daha əvvəl isə Varşavanın Belarus və Kursk vilayətlərinə hücum ssenarisini sınaqdan keçirdiyi barədə məlumat yayılmışdı.
Gundelik.az
