Gundelik.az Dünya Maraqlı Balıqçılar nəhəng tuna balığı tutaraq 13 illik rekordu qırdılar
Dünya Maraqlı Xəbərlər

Balıqçılar nəhəng tuna balığı tutaraq 13 illik rekordu qırdılar

ABŞ-də balıqçılar 506 kiloqram ağırlığında tuna balığı tutaraq Nyu-Hempşir ştatının yeni rekordunu müəyyənləşdiriblər.

Gundelik.az xəbər verir ki, bu barədə WLBT məlumat yayıb.

Nadir ov balıqçı gəmisinin kapitanı Ceymi Sevic və onun müştərisi Brendon Makgirə nəsib olub. Kişilər oktyabrın 3-ü, şənbə günü səhər tezdən balıq tutmaq üçün dənizə çıxıblar. Bir neçə saat sonra qarşılarına nəhəng tuna balığı çıxıb.

“Balığı sudan çıxaranda dərhal başa düşdük ki, bu, indiyədək gördüyümüz ən böyük nümunədir”, – deyə Sevic bildirib.

Makgir isə həmişə 450 kiloqramdan ağır balıq tutmağı arzuladığını etiraf edib. Məlum olub ki, balıqçılar ştatın 13 illik rekordunu 70 kiloqram fərqlə yeniləyiblər. Nyu-Hempşirin bundan əvvəlki ən böyük tunası 2013-cü ildə tutulub və onun çəkisi 436 kiloqram olub.

Daha əvvəl Böyük Britaniya sahillərində nəhəng mavi tuna balığının tutulduğu bildirilmişdi. 282 kiloqram ağırlığında olan balıq adi tilovun köməyi ilə ovlanmışdı.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version