İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Bakıda bu gölün ətrafının abadlaşdırılmasına 6 milyon xərclənəcəyi proqnozlaşdırılıb

Bakının Suraxanı rayonunda Zığ gölünün ətrafında yerləşən ərazilərdə yeni yaşıllıqlar salınacaq.

Bu barədə Gundelik.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-dən məlumat əldə edib.

Məlumata görə, gölün ətraf ərazilərində yeni yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması ilə bağlı birinci mərhələ üzrə işlərə başlanılır.

İlkin olaraq sözügedən işlərin icrasına 6 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.