“Bakı Metropoliteni” QSC “Bakelektro” şirkəti ilə nəhəng müqavilə bağlayıb.
Gundelik.az bu barədə səhmdar cəmiyyətindən məlumat əldə edib.
Müqavilədə Bakı metrosunda istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinin satınalınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 4 milyon manat olaraq müəyyən olunub.
