İranın hücumu səbəbindən Bahreyndə hava həyəcanı siqnalı işə salınıb və əhaliyə təhlükəsiz sığınacaqlara getmək çağırışı edilib.
Bəhreyn Daxili İşlər Nazirliyinin X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, hava hücumları səbəbindən ölkə üzrə xəbərdarlıq sistemi aktivləşdirilib.
Açıqlamada deyilir:
“Vətəndaşlarımızdan və ölkədə yaşayan sakinlərdən sakit qalmalarını, ən yaxın təhlükəsiz əraziyə getmələrini və hadisələrin gedişini yalnız rəsmi mənbələr vasitəsilə izləmələrini xahiş edirik.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

