İyul 8, 2026
Baku
Ölkə

“Babək” yarımstansiyası 24 milyon manata yenidən qurulacaq

“Babək” yarımstansiyası yenidən qurulacaq.

Gundelik.az-ın məlumatına görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Belə ki, ASC 154/110/10 kV-luq “Babək” yarımstansiyasının yenidən qurulması işlərini “Electro Industries” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, QSC-yə 24,084 milyon manat ödənilib.

Gundelik.az