Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq işləri mərhələli şəkildə davam etdirilməkdədir.
Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Zəngilan rayonunun Ağalı kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma sistemi çəkiləcək.
Hazırda “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) sözügedən əraziyə suvarma sisteminin çəkilməsi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkəti müəyyənləşdirməkdədir.
Qeyd olunan işlər üzrə sənədlərin hazırlanmasının 41,8 min manata başa gələcəyi ehtimal edilir.
Gundelik.az
