Gundelik.az Ölkə Azad olunmuş iki rayonda fərdi yaşayış evlərinin təmiri işləri aparılacaq
Ölkə Xəbərlər

Azad olunmuş iki rayonda fərdi yaşayış evlərinin təmiri işləri aparılacaq

Xocalı rayonunun Daşbulaq, Xanabad, Naxçıvanlı, Seyidbəyli kəndlərində və Ağdərə rayonu Dəmirli, Heyvalı, Aşağı Oratağ, Çapar kəndlərində fərdi yaşayış evləri təmir olunacaq.

Gundelik.az-ın məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində artıq bununla bağlı müvafiq işlərə yekun vurulub.

Qurum sözügedən ərazilərdə fərdi yaşayış evlərinin cari təmiri ilə bağlı layihələndirilmə işlərini “Monotech AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 481 369 manat ödənilib.

Gundelik.az

Exit mobile version