Gundelik.az Ölkə Azad edilmiş daha iki kənddə yaşayış evlərinin təmirinə başlanılır
Ölkə Xəbərlər

Azad edilmiş daha iki kənddə yaşayış evlərinin təmirinə başlanılır

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq və yenidənqurma işləri mərhələli şəkildə uğurla davam etdirilməkdədir.

Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Ağdərə rayonunun Çıldıran və Çapar kəndlərində bir sıra yaşayış evlərinin cari təmiri işləri həyata keçiriləcək.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.

Dövlət xidməti Çıldıran kəndində yaşayış evlərinin təmirini “Araz İnşaatçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 1 288 552 manat ödənilib.

Çapar kəndində isə yaşayış evlərinin təmirini “Tutto Bello” şirkəti aparacaq. Belə ki, bunun müqabilində dövlət xidməti ilə şirkət arasında dəyəri 1 706 646 manat olan müqavilə bağlanıb.

Sözügedən kəndlər hazırda Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazisindədir. 1993-cü ildə qeyd edilən kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi və Rusiya sülhməramlıları nəzarətinə keçdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun antiterror əməliyyatları nəticəsində kəndlər Azərbaycan nəzarətinə qaytarıldı.

Kəndlər 2023-cü ildə yenidən yaradılan Ağdərə rayonunun tərkibinə daxil edilib.

Gundelik.az 

Exit mobile version