İyul 8, 2026
Baku
İqtisadiyyat Kateqoriya seçilməyən Xəbərlər

Azərbaycanın İƏT ölkələri ilə ticarət dövriyyəsi 3,5 milyard dolları ötüb

Bu ilin yanvar-may aylarında Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşilatına (İƏT) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,547 milyard ABŞ dolları olub.

Gundelik.az barədə Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 328 milyon ABŞ dolları, yaxud da 10,2% artıb.

Belə ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşilatına (İƏT) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,219 milyard ABŞ dolları olub.

Ümumilikdə, 2025-ci ilin ilk 5 ayında Azərbaycan xarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur. Xarici ticarət dövriyyəsinin 11 milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb. Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7 dəfə azdır.

Gundelik.az