İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanın bir sıra ərazilərində qeyri-filiz faydalı qazıntıların geoloji axtarışı aparılacaq

Azərbaycanın bir sıra ərazilərində qeyri-filiz faydalı qazıntıların geoloji axtarışı və qiymətləndirilməsi işləri aparılacaq.

Gundelik.az-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, Ağdərə rayonu ərazisində inşaat materiallarının, Laçın rayonu ərazisində isə Hoçaz, Ahnəzər və Fingə sahələrində əlvan daşlara axtarış-qiymətləndirmə işləri aparılacaq. Eyni zamanda Bakı şəhəri, Qaraçuxur-Zığ sürüşmə sahələrinin, geoloji-tektonik və mühəndisi-geoloji şəraitinin qiymətləndirilməsi işləri də icra ediləcək.

IV və VIII kateqoriyalı süxurlarda aparılacaq buruq qazma işləri müvafiq olaraq d-40 mm, 0-93 mm dərinliyə kimi sütuncuqlarda həyata keçiriləcək.

Agentlik sözügedən işlərin icrasının 120 089 manat başa gələcəyini ehtimal edib.

Gundelik.az