Zəngilan rayonunun Alıbəyli kəndində yağış və sel sularının idarə olunması üzrə layihələndirmə işlərə başlanılır.
Gundelik.az-ın məlumatına görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Geoproject” MMC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 164 492 manat ödənilib.
Gundelik.az

