Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq işləri mərhələli şəkildə davam etdirilməkdədir.
Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Zəngilan rayonunun Ağalı kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma sisteminin çəkilməsinə başlanılır.
Belə ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına start verib.
Sözügedən sənədlərin hazırlanması “Everest Tikinti Layihə” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib və müqavilə bağlanıb.
Müqaviləyə əsasən, şirkətə 22 066 manat ödənilib.
İşlərin həvalə olunduğu MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Qədirov Qəzənfər Rauf oğludur.
Gundelik.az

