İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

Gundelik.az “Report”a istinadən xəbər verir ki, bu ölkəyə 5 vaqon buğda tədarük olunacaq.

Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.