İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 52% artıb

Bu ilin birinci rübündə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 18,785 milyon ABŞ dolları təşkil edib.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,855 milyon ABŞ dolları və ya 52,1% çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində BƏƏ-nin payı 4,8% təşkil edib.

Həmçinin cari ilin ilk rübündə BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,764 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 176 min ABŞ dolları və ya 2,3% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində BƏƏ-nin payı 3,4% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,560 milyon ABŞ dolları, əks istiqamətdə isə 7,588 milyon ABŞ dolları təşkil edib.

Gundelik.az