İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda su elektrik stansiyalarında istehsal həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda su enerjisi ilə işləyən stansiyalar 1,506 milyard kVt-saat elektrik enerjisi istehsal edib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu,ötən ilin eyni dövrü ilə müqayisədə 326,7 milyon kVt-saat və ya 27,7% çoxdur.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-may aylarında 1,518 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 252,9 milyon manat təşkil edib.

Gundelik.az