“Şirvan” qəzeti redaksiyası ləğv edilir.
Gundelik.az xəbər verir ki, bu barədə redaksiya özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 5600 Şamaxı şəhəri, Şamaxı rayonu, H.Əliyev küçəsi, ev 21, mənzil 21 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Şirvan” qəzeti 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Redaksiyanın qanuni təmsilçisi Məmmədova Könül Tarix qızıdır.
