“Qiymətləndirmə və hüquq xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Şirkətin kapitalını hansı səbəbdən və nə qədər azaltdığı açıqlanmayıb.
Qeyd edək ki, sözügedən MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynli Ülvi Məmmədbağır oğludur.
Gundelik.az
