Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.
Bu barədə Gundelik.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.
Məlumata görə, Agentliyin tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.
Qeyd edilib ki, layihə-smeta sənədləri hazırlanacaq su təchizatı şəbəkələri Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı, Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək.
Belə ki, siyahıya Masallının Şərəfə, Ağstafanın Köçvəlili, Göyçayın Müskürlü və II Ərəbcəbirli, Hacıqabulun Muğan, Saatlının Bəylər və Mollavazılı, Potubəyli, Əlisoltanlı, Şamaxının Mərzəndiyyə, Tovuzun Düzcırdaxan və Cəlilli, Naftalanın Qasımbəyli, Xızının Fındığan, Bərdənin Güloğlular, Şabranın Sincanboyad, Siyəzənin Tuğay, Tərtərin Poladlı əraziləri daxil edilib.
Layihə-smeta sənədlərinin hazırlanmasına 524 min 350 manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
