İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri hansılardır? – CƏDVƏL

Ötən ilin sentyabrından cari ilin avqust ayınadək Azərbayacanda avto-icbari sığorta üzrə şikayət indeksi açıqlanıb.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, şikayət indeksi üzrə siyhada ən yüksəkdə “Atəşgah Sığorta” ASC (1,42), ən aşağıda isə “Azərbaycan Sənaye Sığorta” ASC (0,40) dayanır.

Avto-icbari sığorta üzrə şikayət indeksini təqdim edirik:

Sığortaçılar Şikayət indeksi
“Atəşgah Sığorta” ASC 1,42
“AtaSığorta” ASC 1,28
“Xalq Sığorta” ASC 1,02
“Paşa Sığorta” ASC 0,99
“Meqa Sığorta” ASC 0,92
“Qala Sığorta” ASC 0,62
“Azərbaycan Sənaye Sığorta” ASC 0,40

Qeyd edək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınmışdır. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.

Gundelik.az