Azərbaycanda cari ildə elektron xidmətlərin təkmilləşdirilməsində mühüm üstünlük süni intellekt (Sİ) əsaslı həllərə veriləcək.
Gundelik.az xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov deyib.
O, xüsusilə, əlillik təyinatlarında Sİ həllərinin sınaqdan keçirildiyi bildirilib. “Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90 %-dək ehtimalla doğru nəticə verir.
Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və mərkəzləşdirilmiş şəkildə “Omnichannel” yanaşması əsasında idarə olunacaq”.
K.Əkpərov qeyd edib ki, süni intellektin tətbiq edilməsi həkimlərə dəstək məqsədi daşıyır.
