Gundelik.az Hadisə “Azərbaycan xalqı böyük vətəndaşını, elm və siyasət xadimini itirdi” – Şəfəq Həsənzadə
Hadisə Xəbərlər

“Azərbaycan xalqı böyük vətəndaşını, elm və siyasət xadimini itirdi” – Şəfəq Həsənzadə

Azərbaycan tarix elmləri doktoru, professor, “Ana Vətən Partiyası” nın qurucusu və 35 illik sədri, sabiq millət vəkili Fəzail Ağamalının vəfatı ölkəmiz üçün böyük itki oldu. Onun vəfatı xəbəri həm ictimaiyyət, həm də siyasi dairələrdə dərin kədərlə qarşılanıb.

Fəzail Ağamalı həyatını elmi fəaliyyətə, vətəninə xidmətə və cəmiyyətin inkişafına həsr etmiş dəyərli şəxsiyyətlərdən biri idi. O, həmçinin “Ana Vətən Partiyası”nın rəhbəri kimi uzun illər ərzində siyasi fəaliyyətində prinsipiallığı və vətənpərvərliyi ilə seçilmişdir.

Bu ağır itki münasibətilə “Hasanzadeh Events Group” un rəhbəri Şəfəq Həsənzadə xalqımıza, mərhumun ailəsinə və eləcə də Milli Məclisin deputatı, “Ana Vətən Partiyası” nın sədri Günay Ağamalıya dərin hüznlə baş sağlığı verir, Fəzail Ağamalının xatirəsinin əbədi yaşamasını diləyir.

Allah rəhmət eləsin !

Gundelik.az

Exit mobile version