Gundelik.az Ölkə Azərbaycan və UN-Habitat yeni qlobal “Baku Urban Award” mükafatını təsis edib
Ölkə Xəbərlər

Azərbaycan və UN-Habitat yeni qlobal “Baku Urban Award” mükafatını təsis edib

WUF13 çərçivəsində Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü və UN-Habitat ilə tərəfdaşlıq əsasında yaradılmış yeni beynəlxalq mükafat – “Baku Urban Award”ın rəsmi açılış mərasimi keçirilib. Mükafat dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində qabaqcıl urban həllərin təşviqinə xidmət edir.

“Baku Urban Award” uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir yarada biləcək praktik şəhər həllərini inkişaf etdirməyə yönəlmiş qlobal platforma kimi formalaşdırılır.

WUF13-ün əsas və davamlı irslərindən biri olması nəzərdə tutulan mükafat forumun çərçivəsindən kənara çıxaraq, qlobal urban gündəliyin uzunmüddətli inkişafını dəstəkləyən daimi beynəlxalq platforma kimi fəaliyyət göstərəcək.

Təşəbbüs üç əsas istiqamətin inteqrasiyasına əsaslanır:

şəhərsalma mütəxəssisləri tərəfindən artıq tətbiq olunan real urban həllər;

ekspert bilikləri və sübutlara əsaslanan yanaşmalar;

uğurlu təcrübələrin milli və beynəlxalq siyasət çərçivələrinə inteqrasiyası.

Qiymətləndirmə prosesi memarlıq, şəhərsalma, mənzil siyasəti, iqlim davamlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində tanınmış beynəlxalq ekspertlərdən ibarət müstəqil panel tərəfindən həyata keçiriləcək.

Mükafat dünyanın bütün regionlarını təmsil edən iştirakçılar üçün açıq qlobal platforma olacaq.

“Baku Urban Award”ın yaradılması Azərbaycanın qlobal urbanizasiya və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin göstəricisidir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər arasında ölkənin COP29-a ev sahibliyi etməsi, “Resilient and Healthy Cities” üçün Multisektoral Fəaliyyət Yolları (MAP) və “Baku Continuity Coalition” təşəbbüslərinin başlanması, eləcə də “Hamı üçün Adekvat Mənzil” üzrə UN-Habitat-ın Açıq Hökumətlərarası Ekspert İşçi Qrupuna həmsədrlik etməsi və World Urban Forum 13-ə Bakının ev sahibliyi daxildir.

2022-ci ildə Azərbaycan Milli Urban Forumunun yaradılmasından sonra Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq müxtəlif birgə şəhərsalma təşəbbüsləri vasitəsilə daha da genişlənib.

Bu əməkdaşlıq çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionlarında üç Milli Urban Forum təşkil olunub, həmçinin 2023-cü ildə Bakıda Ümumdünya Habitat Gününə həsr olunmuş tədbirlər keçirilib.

 

Mənbə:wuf13.az

Tərtib etdi:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version