Azərbaycanın turizm potensialının Avropa ölkələrində geniş şəkildə işıqlandırılması məqsədilə tədbirlər keçiriləcək.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Avstriya, Polşa, Çexiya və Yunanıstanda keçiriləcək “Around the World” adlı B2B yol şoularında iştirakın təmin edilməsi xidmətlərini satın alır.
Bu məqsədlə 17 604,6 manat vəsait ödəniləcək.
Qeyd edək ki, B2B yol şouları çərçivəsində Azərbaycanın turizm imkanlarının xarici turizm şirkətləri və digər sektor nümayəndələrinə təqdim edilməsi nəzərdə tutulur.

